Bank Of Baku

SOCAR Tbilisidəki YDM-lərini Avropa şəhərlərinə uyğun tərtib edib

SOCAR Tbilisidəki YDM-lərini Avropa şəhərlərinə uyğun tərtib edib
# 17 aprel 2019 12:14 (UTC +04:00)

"SOCAR Georgia Petroleum" (SGP - SOCAR brendli yanacaqdoldurma şəbəkəsinin sahibi) futbol üzrə Avropa Çempionatına (Avro-2020) hazırlaşır və turnir başlayanadək Tbilisidə ikinci yanacaqdoldurma məntəqəsini yarışa ev sahibliyi edəcək şəhərlərin birinə - Amsterdama uyğun tərtib edib.

ONA-nın SGP-yə istinadən verdiyi məlumata görə, sözügedən stansiya Tbilisinin Tamaraşvili küçəsində yerləşir.

Qeyd edək ki, Avro-2020 oyunları 12 şəhərdə baş tutacaq, onların arasında Roma, Amsterdam, Qlazqo, Budapeşt, Kopenhagen, Bilbao, Bükreş, Münhen, Dublin, Bakı, London və Sankt-Peterburq var. Bununla əlaqədar olaraq SOCAR bəzi yanacaqdoldurma məntəqələrini turnirin ev sahibi şəhərləri atmosferində tərtib etmək qərarına gəlib.

 Mart ayında Tbilisidə SOCAR-ın yanacaqdoldurma stansiyalarından biri Roma “görkəmində” fəaliyyət göstərməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR