Bank Of Baku

SOCAR ilin sonuna neftin qiymətinin artacağını gözləyir

SOCAR ilin sonuna neftin qiymətinin artacağını gözləyir
# 29 aprel 2019 16:09 (UTC +04:00)

SOCAR dünya bazarında neftə olan qiymətlərin 2019-cu ilin sonuna cüzi artacağını gözləyir. ONA-nın Türkiyənin "Anadolu Ajansı"na istinadən verdiyi xəbərə görə, bunu SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, SOCAR-ın bu il büdcəsində neftin qiymətlərinin bir barel üçün 60 dollar hesablanıb: "Bu il neftin qiymətinin dalğavari şəkildə dəyişəcəyini və ilin sonunda cüzi artacağını gözləyirik", - deyə V. Əliyev əlavə edib.

O qeyd edib ki, SOCAR qlobal neft və qaz bazarında inteqrasiya olunmuş oyunçu olaraq, daha mənfi ssenarilərə və qiymətlərin aşağı düşməsi risklərinə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR