Bank Of Baku

SOCAR Rusiyada neft aktivləri əldə edə bilər

SOCAR Rusiyada neft aktivləri əldə edə bilər
# 05 aprel 2019 12:13 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "New Stream"ın  Antipinskiy neft emalı zavodunu ve bir sıra neft yatağını satın ala bilər.

ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müqavilə hələ ilkin mərhələdədir, lakin əsas razılaşmalar artıq əldə olunub. SOCAR "simvolik" məbləği ödəyib və zavodun 3 mlrd. ABŞ dolları məbləğində borcunu öz üzərinə götürərək şirkətin aktivlərinin 100% əldə edəcək.

SOCAR neft emalı zavodunu (100%) və ona məxsus olan Orenburq vilayətində yerləşən "Moqutovskoye", "Qremyaçevski" və "Vorontsovsk" neft yataqlarının bir hissəsinə sahib olacaq.

Sözugedən müqavilə baş tutsa SOCAR Rusiyanın neft emalı sahəsində yeganə iri xarici investor olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR