Bank Of Baku

Sumqayıtı içməli su ilə təmin edən kəmərdə təmir işləri aparılacaq

Sumqayıtı içməli su ilə təmin edən kəmərdə təmir işləri aparılacaq
# 26 oktyabr 2024 12:15 (UTC +04:00)

Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən su kəmərində təmir bərpa işləri ilə əlaqədar bəzi ərazilərdə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən su kəmərində təmir bərpa işləri ilə əlaqədar 28.10.2024-cü il tarixində səhər saat 09:00-dan axşam saat 23:00-a qədər 9-cu mikrorayonun bir hissəsi, Qızıl Qum Qəsəbəsi, Köhnə Corat qəsəbəsinin bir hissəsi, Bağlar ərazisinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Məlumata görə, Təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR