Bank Of Baku

Surqutdan Bakıya uçuşların sayı həftədə iki dəfəyədək artırılıb

Surqutdan Bakıya uçuşların sayı həftədə iki dəfəyədək artırılıb
# 21 iyul 2022 12:35 (UTC +04:00)

Rusiyanın “Utair” aviaşirkəti Surqutdan (Xantı-Mansi Muxtar Dairəsi) Bakıya uçuşların sayını həftədə ikiyə qədər artırıb.

APA-Economics” aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar artıq bazar ertəsi və çərşənbə günləri həyata keçirilir.

Bazar ertəsi Surqutdan uçuş yerli vaxtla saat 07:30-da, geriyə saat 21:55-də, çərşənbə günü isə Xantı-Mansi Muxtar Dairəsindən uçuş saat 07:10-da, Azərbaycandan isə saat 21:40-da yerinə yetirilir.

Biletin qiyməti - 10 073 rubldan (310 manat) başlayır.

Xatırladaq ki, iyun ayında Azərbaycanın dövlət aviasiya orqanları “Utair” şirkətinin Mahaçqaladan Bakıya uçuşlar həyata keçirməsinə icazəni geri götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR