Bank Of Baku

Taleh Ziyadov: "Zəngəzur dəhlizi Yaxın Şərq və Aralıq dənizi regionları arasında ən qısa yoldur"

Taleh Ziyadov

© APA | Taleh Ziyadov

# 10 mart 2022 11:07 (UTC +04:00)

Zəngəzur dəhlizi Yaxın Şərq və Aralıq dənizi regionları arasında ən qısa yoldur.

"APA-Economics" xəbər verir ki, bu barədə "Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2" layihəsinin bağlanış mərasimində çıxış edən Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin inkişafı mövzusu torpaqlar işğaldan azad olduqdan sonra aktuallaşıb. Bu istiqamət Şərq-Qərb dəhlizinə yol açacaq və yüklərin Aralıq dənizinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.

T. Ziyadov onu da əlavə edib ki, bu kontekstdə Bakı Limanı da mühüm rol oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR