Tamara Vallois: Qəbələ-Əbu-Dabi reysinin açılması turizmin inkişafını sürətləndirəcək

Tamara Vallois: Qəbələ-Əbu-Dabi reysinin açılması turizmin inkişafını sürətləndirəcək
# 19 iyun 2025 15:11 (UTC +04:00)

Qəbələ ilə Əbu-Dabi arasında birbaşa kommersiya reyslərinin işə düşməsi bölgədə turizmin və iqtisadi inkişafın sürətlənməsi üçün yeni imkanlar yaradır.

APA-Economics” xəbər verir ki, bunu Wizz Air şirkətinin Kommersiya direktoru Tamara Vallois bildirib.

Onun sözlərinə görə, “Wizz Air Abu Dhabi”nin sərfəli qiymətləri sayəsində Azərbaycanın şimal bölgələrinin sakinləri artıq Əbu-Dabiyə rahat səfər etmək imkanına malikdir.

“Eyni zamanda, Əbu-Dabidən gələn sərnişinlər bu bölgənin unikal mənzərələrindən və təbiət gözəlliklərindən ilboyu yararlana biləcəklər”, - deyə Tamara Vallois qeyd edib.

Xatırladaq ki, bu gün “Wizz Air Abu Dhabi” Qəbələdən Əbu-Dabiyə ilk reysi rəsmi olaraq həyata keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR