Bank Of Baku

TAP layihəsi çərçivəsində Yunanıstanda boruların 99%-i torpaq altına düzülüb

TAP layihəsi çərçivəsində Yunanıstanda boruların 99%-i torpaq altına düzülüb
# 03 may 2019 09:41 (UTC +04:00)

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisi layihəsi çərəivəsində Yunanıstan ərazisində boruların 99%-i qaynaq edilərək torpaq altına düzülüb.

TAP Konsorsiumundan ONA-ya verilən məlumata əsasən, xəttin yunan hissəsi üçün boruların tədarükünə 2016-cı ilin may ayında başlanılıb.

"Artıq üç il keçib və hazırda boruların 99%-i torpaq altına düzülüb", - deyə TAP Konsorsiumundan bildirilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR