“Teknofest” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ekologiyanın qorunması, bərpa olunan enerji mənbələrinə dair yeni texnologiyaların təşviqi və sıfır tullantı hədəfinə yönələn layihələrin qəbuluna başlanılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə keçiriləcək “Teknofest”ə hazırlıq istiqamətində hazırda bir neçə maraqlı müsabiqə təşkil edilir.
Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Qeyd edək ki, ətraf mühitin qorunması sahəsində keçirilən müsabiqəyə qeydiyyat artıq başlayıb.
Cari müsabiqə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə və bərpa olunan enerji mənbələri istiqamətində ekoloji təhlükəsiz və iqtisadi baxımdan səmərəli layihələrin təqdim edilməsinə çağırış edir. “Teknofest” çərçivəsində təşkil olunan müsabiqədə yuxarı sinif şagirdləri, tələbələr və gənc sahibkarlar iştirak edərək yeni ideya və prototiplərini təqdim edə bilərlər.
Müsabiqə bərpa olunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyaların təkmilləşdirilməsi, təbii sərvətlərdən ehtiyatlı istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edir.
Müsabiqədə 3 kateqoriya üzrə iştirak etmək mümkündür. Müsabiqənin özəlliyi həm də ondan ibarətdir ki, orta məktəb şagirdləri A kateqoriyası üzrə innovativ təşəbbüs və ideyalarını “Teknofest” kimi mötəbər festivala təqdim edə bilərlər. Müsabiqənin şərtlərinə əsasən orta məktəb komandaları mentorlar qismində məsləhətçiləri işə cəlb etməli və müvafiq layihə təklifini birgə təqdim etməlidirlər. A kateqoriyalı komandaların finalda öz məsləhətçisi ilə iştirakı lazımdır.
B kateqoriyası üzrə Azərbaycanda təhsil alan ali məktəb tələbələri müvafiq mövzularla bağlı innovativ həll yolları və layihələrini müsabiqəyə təqdim edə bilərlər.
Fərdi iştirakçılar və ya onlardan ibarət komandalar isə C kateqoriyası üzrə müsabiqəyə qoşula bilərlər.
Qeyd edək ki, sözügedən müsabiqə üzrə Mükafat fondu şagirdlər üçün (A kateqoriyası) I yer 4000 AZN, II yer 2000 AZN və III yer 1000 AZN təşkil edir.
B kateqoriyasını təmsil edən tələbələr və C kateqoriyası üzrə startaplar və fərdi sahibkarlar üçün Mükafat fondu I yer 6000 AZN, II yer 4000 AZN, III yer isə 2000 AZN-dir.
Müsabiqədə iştirak üçün son qeydiyyat tarixi 17 fevral 2022-ci ildir. Qeydiyyat üçün elektron keçiddən istifadə edilməlidir: https://teknofest.az/az/competitions/
“Teknofest” çərçivəsində müsabiqəyə start verilib
İnfrastruktur
Bakıda CICA üzv dövlətlərin liman qurumlarının görüşləri nəticəsində Yekun Sənəd qəbul edilib - FOTO
“PAŞA Sığorta” KASKO sığortalı müştərilərinə ÖZƏL üstünlüklər təqdim edir!
Eldar Salahov: Geoiqtisadi vəziyyət və toqquşmalar Bakı Limanına da təsir edir
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşib
Xəbər Lenti
Tramp: ABŞ neft hasilatında OPEC-dən daha güclü mövqeyə sahibdir
ABŞ İranı yeni nüvə obyektində fəaliyyətə görə güclü zərbə ilə hədələyib
Tramp respublikaçıların qələbəsi halında amerikalılara 5 min dollar ödəyəcəyini vəd edib
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
WSJ: ABŞ administrasiyası İranla müharibənin 2029-cu ilədək uzana biləcəyini istisna etmir
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374-ə çatıb
ABŞ Karib dənizində narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia olunan qayığa zərbə endirib
Apple-ın səhmləri yeni məhsulların təqdimatı fonunda ucuzlaşıb
İranın Sirik bölgəsində partlayış səsləri eşidilib
Husilər Səudiyyə Ərəbistanının üç şəhərinə raket və PUA-larla hücum edib
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
ABŞ ucuz PUA və ballistik raket əleyhinə sistemləri sınaqdan keçirəcək
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
KİV: İspaniya kəşfiyyatı Seutaya qanunsuz miqrant axını riski barədə əvvəlcədən xəbərdarlıq edib
ABŞ Energetika Nazirliyi “Brent” neftinin 2026-cı il üzrə qiymət proqnozunu 91 dollara qaldırıb
Ağ Ev Uitkoff və Kuşnerin danışıqlardakı rolunun azaldıla biləcəyi barədə məlumatı təkzib edib
ABŞ Prezidenti İranla müharibənin noyabr seçkilərindən sonra başa çatacağını düşünür
Tramp Putinlə yeni ikitərəfli görüşün keçirilə biləcəyini istisna etməyib
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən PUA ilə vurulma təhlükəsi ilə üzləşib
İranın Cask limanı yaxınlığında partlayış baş verib
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
Aİ Seutadakı miqrasiya böhranı ilə mübarizə üçün İspaniyaya 115 milyon avro ayıracaq
Apple “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini təqdim edib
Almaniya Bremerhafen limanının modernləşdirilməsinə 1,5 milyard avro ayıracaq
Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
FT: Ağ Ev Uitkoff və Kuşnerin Ukrayna üzrə danışıqlardakı rolunu azalda bilər
ABŞ Yaxın Şərqdə neft hasilatının 2027-ci ilədək artacağını gözləyir
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
“Baku Steel Company” QSC açıq tender elan edir
Azərbaycana idxal edilən alkoqollu içkilər üçün gömrük rüsumu dəyişib - YENİLƏNİB
Ermənistanda Meğri meri də daxil olmaqla 8 nəfər rüşvət ittihamı ilə saxlanılıb
DİN-in yeni vəzifəsi müəyyənləşib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı ittiham aktı elan edilib
Abbas Abbasov BMT-nin Cenevrə ofisində çıxış edib: Afrikada müstəmləkəçiliyin fəsadlarına son qoyulmalıdır
Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
“Atəşgah” tibbi sığorta imkanlarını genişləndirib
Bakıda qətl törədən şəxsə hökm oxunub
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub
Dmitriy Mariyasin: BMT TRIPP üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər - MÜSAHİBƏ
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır - VİDEO