Bank Of Baku

Tezliklərin ayrılması proseduru sadələşdirilib

Tezliklərin ayrılması proseduru sadələşdirilib
# 13 iyul 2022 12:28 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclasında əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması prosedurunun sadələşdirilməsi məsələsinə baxılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Komissiyasının qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər bundan sonra PMR 446 (PMR 446-private mobile radio, 446 MHs) analoq və rəqəmsal əldə daşınan radiostansiyaların istifadəsi məqsədilə 446,000-446,100 MHs tezlik zolağından konkret tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə olunacaq əldə daşınan radiostansiyaların qeydiyyata alınması üçün mövcud qaydalara uyğun olaraq, RİNN-in tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsinə (DRİ) birbaşa müraciət edəcəklər.

Xatırladaq ki, indiyə qədər bu tip radiostansiyalardan istifadə etmək istəyənlər Dövlət Komissiyasına müraciət edirdi və komissiya mövcud qaydalara əsasən, müraciətlərə 2 ay ərzində baxaraq qərar verirdi.

Yeni dəyişikliyə görə, müraciətçilər tələb olunan sənədləri DRİ-yə təqdim etdikdən sonra 3 iş günü ərzində istifadəçilərə tezlik nominallarının ayrılması mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR