Bank Of Baku

"TikTok" bu ilin ən çox ziyarət edilən resursu olub - TOP-3

"TikTok" bu ilin ən çox ziyarət edilən resursu olub - TOP-3
# 23 dekabr 2021 10:23 (UTC +04:00)

"TikTok" sosial şəbəkəsi 2020-ci ilin lideri "Google"un saytını geridə qoyaraq 2021-ci ilin ən çox ziyarət edilən resursu oldu.

"APA-Economics" xəbər verir ki, bu barədə "Wall Street Journal" "Cloudflare" tədqiqat şirkətinin məlumatlarına istinadən yazır.

Şirkətin araşdırmasına görə, qısa videoları izləmək və yaratmaq platforması ilk dəfə bu ilin fevralında lider mövqe tutub və avqust ayından birinciliyi qoruyub. Ötən il "TikTok" siyahıda yeddinci olub.

Builki siyahıda ikinci mövqedə "Google", üçdə isə "Facebook" yer alıb.

Qeyd edək ki, "TikTok" Çinin "ByteDance" şirkətinə məxsus qısa videolar yaratmaq üçün nəzərdə tutulan mobil tətbiqdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR