"Toyota Motor" korporasiyası Yaponiyadakı bütün zavodların fəaliyyətini dayandıracaq.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb korporasiyanın iri müştərilərinə qarşı edilən kiberhücumlar olub.
"Yerli təchizatçılarımızdan birində sistem nasazlığı səbəbindən Yaponiyadakı 14 zavodun (hər iki növbə) bütün 28 xəttində istehsalı dayandırmaq qərarına gəldik", - şirkətin bəyanatında deyilir.
Martın 2-də istehsal xətlərinin necə işləyəcəyi hələ açıqlanmayıb.