Bank Of Baku

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar ötən il 3% artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar ötən il 3% artıb
# 09 fevral 2022 12:23 (UTC +04:00)

Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39 627,4 min ton, yük dövriyyəsi isə 9 591,5 mln. ton-km təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən il qeyd olunan göstəricilər üzrə 2020-ci illə müqayisədə müvafiq olaraq 3% və 3,6% artım müşahidə olunub.

“Yüklərin 21 606,6 min tonu və ya 54,5%-i avtomobil nəqliyyatı, 13 462,8 min tonu və ya 34%-i dəmir yolu nəqliyyatı, 4 558 tonu və ya 11,5%-i dəniz nəqliyyatı ilə daşınıb”, - məlumatda qeyd olunur.

Məlumata əsasən, hesabat dövründə dəhliz vasitəsilə daşınmış yüklərin 22,3%-i və ya 8 826,3 min tonunu tranzit yüklər təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR