Bank Of Baku

Türk dünyasının üç tanınmış aşığının yubileyləri münasibətilə poçt markası buraxılıb - FOTO

Türk dünyasının üç tanınmış aşığının yubileyləri münasibətilə poçt markası buraxılıb - FOTO
# 16 dekabr 2021 11:17 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən türk dünyasının üç tanınmış aşığı – Aşıq Ələsgər, Jambıl Jabayev və Yunus Emrenin yubiley tarixləri ilə əlaqədar poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, markanın üzərində hər üç aşığın portreti və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun loqosu təsvir olunub.

5 min tirajla çap olunan markanın rəssam-dizayneri Orxan Qarayevdir.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi hazırlanıb.

Qeyd edək ki, marka Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sifarişi əsasında çap edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR