Bank Of Baku

Türkiyə ilk milli rabitə peykini orbitə buraxıb

Türkiyə ilk milli rabitə peykini orbitə buraxıb
# 09 iyul 2024 11:56 (UTC +04:00)

Türkiyə “Turksat 6A” ilk milli rabitə peykini orbitə buraxıb.

APA-nın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, proses ABŞ-nin Florida ştatı ərazisindən “Falcon” raketi vasitəsilə həyata keçirilib.

Yeni rabitə peyki Avropa və Cənubi Asiya ölkələrini əhatə etməklə, Türkiyəyə məxsus peyklərin auditoriyasını 5 milyard nəfərədək artırmağa imkan verəcək.

Qeyd edək ki, 2000-ci ildən kosmik proqramını aktiv şəkildə genişləndirən Türkiyə tərəfi indiyədək fəzaya 9 ədəd peyk və müşahidə cihazı çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR