Türkiyəli nazir: Şərq-Qərb istiqamətində Orta Dəhlizin xüsusi önəmi var

Türkiyəli nazir: Şərq-Qərb istiqamətində Orta Dəhlizin xüsusi önəmi var
# 24 may 2024 12:25 (UTC +04:00)

Türkiyə nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir, bu istiqamətdə əməkdaşlıq vacibdir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Nəqliyyat Forumunda (ITF) çıxışı zamanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Oraloğlu bildirib.

O, Şərq-Qərb istiqamətində Orta Dəhlizin də xüsusi önəm kəsb etdiyini qeyd edib:

“Biz bilavasitə şərqimizdə Gürcüstan və Azərbaycanla əməkdaşlıq edirik. Ermənistan normallaşma prosesinə daxil olub. Xəzəri keçdikdən sonra bütün Mərkəzi Asiya var. Burada bizim ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlığımız mövcuddur. Biz İraq, Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə İnkişaf Yolu Dəhlizi üzrə də əməkdaşlıq etdik. Şərqi və Cənub-Şərqi Avropa kimi xarakterizə etdiyimiz Bolqarıstan, Macarıstan və Serbiya ilə Nazirlər Şurası yaratdıq və fəaliyyətlərimizi həyata keçiririk”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR