Bank Of Baku

Türkiyənin Ceyhan limanından 3,2 mlrd. bareldən çox neft yola salınıb

Türkiyənin Ceyhan limanından 3,2 mlrd. bareldən çox neft yola salınıb
# 23 aprel 2019 12:57 (UTC +04:00)

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,202 mlrd. barel neft yola salınıb.

ONA-nın şirkətə istinadən verdiyi məlumata görə, hesabat dövründə terminaldan 4 178 tanker yüklənib. Bu günə olan vəziyyətə görə, Ceyhan neft terminalından 75,307 mln. barel neft və 93 tanker yüklənilib.

Qeyd edək ki, bu ilin martın 17-dən aprelin 23-dək terminalda 30 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR