Rusiyanın "Ural Airlines" şirkəti mart ayının sonunadək Azərbaycan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistana bütün aviareyslərini ləğv edib.
"APA-Economics" xəbər verir ki, aviadaşıyıcı bu barədə "Telegram" kanalında məlumat yayıb.
Bildirilir ki, mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq "Ural Airlines" Azərbaycan, İsrail, BƏƏ və Ermənistana martın 3-dən 26-dək bütün reysləri ləğv etmək məcburiyyətindədir.
Xatırladaq ki, bundan əvvəl aviaşirkət Avropa ölkələrinin hava məkanının bağlanması ilə əlaqədar martın 1-dən Macarıstan, İspaniya, Bolqarıstan, Kipr, Portuqaliya və Türkiyəyə uçuşların ləğv edildiyini açıqlamışdı.