Bank Of Baku

Vahid Hacıyev: Qarabağda bütün şəhərlər yaşıl və ağıllı konsepsiya ilə qurulur

Vahid Hacıyev

© APA | Vahid Hacıyev

# 16 oktyabr 2025 13:21 (UTC +04:00)

Qarabağda və Şərqi Zəngəzurda şəhərlər sıfırdan, yaşıl və ağıllı konsepsiya ilə qurulur.

APA-Economics” xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən Prezidentin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

O deyib ki, Azərbaycan hökuməti Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə tamamilə yeni urbanizasiya modeli həyata keçirir. “Bu gün Qarabağda və Şərqi Zəngəzurda təkcə dağıdılmış şəhərlər bərpa edilmir, həm də sıfırdan dayanıqlı və ağıllı yaşayış mühitləri yaradılır”.

V. Hacıyevin sözlərinə görə, bütün şəhər və kəndlərin baş planları müasir şəhərsalma prinsipləri əsasında hazırlanıb.

“Yeni yaşayış məntəqələrində sakinlər xəstəxana, məktəb, uşaq bağçası və xidmət mərkəzlərinə 15 dəqiqə ərzində çata biləcəklər - deyə V.Hacıyev bildirib.

O, azad edilmiş ərazilərdə nəqliyyat yönümlü inkişaf modelinin tətbiq olunduğunu əlavə edib: “Yeni kənd və qəsəbələr əsas magistral və tranzit xətləri boyunca salınır. Bu, sakinlər üçün iş yerlərinə, logistika mərkəzlərinə və sənaye zonalarına çıxışı asanlaşdırır, eyni zamanda yerli sahibkarlığı stimullaşdırır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR