Bank Of Baku

Vüsal Şıxəliyev: Özəl sektorun problemləri bu ilin prioritetləri sırasında olacaq

Vüsal Şıxəliyev: Özəl sektorun problemləri bu ilin prioritetləri sırasında olacaq
# 30 yanvar 2025 15:46 (UTC +04:00)

Azərbaycanda özəl sektorun qarşılaşdığı məsələlər və onların həlli yolları 2025-ci ilin prioritetləri sırasında yer alacaq.

"APA-Economics" xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Su şəbəkəsinə qoşulma" İşçi qrupunun mətbuat konfransında deyib.

O qeyd edib ki, aparılmış islahatların nəticələri və həyata keçirilmiş dəyişikliklərin təsirləri təqdim olunmaqla yanaşı, qarşıdakı il üçün prioritetlər də müzakirə ediləcək:

"Davamlı dəyişikliklər bizim üçün əsas məsələlərdən biridir. Buna görə də, özəl sektoru maraqlandıran məqamları diqqətə almaq, onların qarşılaşdığı problemləri dinləmək vacibdir. Bu görüşdə iştirakçılarla birgə 2025-ci ilin yol xəritəsində əks olunacaq tədbirləri müəyyənləşdirəcəyik".

O əlavə edib ki, görüş çərçivəsində həm aparılan islahatların təqdimatı, həm də yeni hədəflərin və prioritetlərin müəyyən edilməsi istiqamətində iş aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR