Bank Of Baku

Azərbaycan xam neft məhsullarının ixracını artırıb

Azərbaycan xam neft məhsullarının ixracını artırıb
# 18 aprel 2019 12:00 (UTC +04:00)

Bu ilin ilk üç ayı ərzində Azərbaycan xarici ölkələrə 4 484 549,22 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu məhsulların əksər hissəsi (78,81%-i) xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının payına düşüb.

ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə, hesabat dövründə ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixrac məbləği hesabat dövründə 24% artaraq 3 534 348,62 min dollar olub.

Qeyd edək ki, ötən ilin ilk üç ayında da ixrac olunan məhsullar arasında ilk yerdə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR