Bakı. Könül Kamilqızı - APA. Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Şuradan APA-ya verilən xəbərə görə, iclasda “AN-MEDİA” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.
“Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsinə uyğun olaraq MTRŞ tərəfindən “AN-MEDİA” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.