Bank Of Baku

“Azadlıq” meydanında dayanacaq tikintisi başa çatır

“Azadlıq” meydanında dayanacaq tikintisi başa çatır
# 18 noyabr 2012 16:46 (UTC +04:00)

Bakı-APA. “Azadlıq” meydanının alt hissəsində dayanacaq tikilməsi ilə bağlı işlər yekunlaşır.

 

APA-nın xəbərinə görə, bu barədə Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə tikilən dayanacaq bu ilin dekabrında istifadəyə veriləcək.

 

Bu dayanacaq ikimərtəbəlidir və  2000-dək avtomobil tutumu olacaq.

 

İcra Hakimiyyətindən həmçinin “Fəvvarələr” meydanında tikilən, yeddimərtəbəli və 500 avtomobil tutumu olan dayanacağın da bu ilin sonuna kimi istifadəyə veriləcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR