Bank Of Baku

“Azal” Braziliya şirkətinə dörd yeni təyyarə sifariş verib

“Azal” Braziliya şirkətinə dörd yeni təyyarə sifariş verib
# 14 noyabr 2012 13:53 (UTC +04:00)

 

Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycan Hava Yolları” QSC Braziliyanın Embraer SA 4 şirkətinə 181 milyon dollar dəyərində 4 yeni “E-jet” (E-190) təyyarəsi sifariş edib. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, təyyarələr Azərbaycana gələn ilin üçüncü rübündən etibarən gətiriləcək və ilin sonunda istismara veriləcək.

 

“Azərbaycan Hava Yolları” QSC həmçinin bu şirkətdən iki istismar olunmuş “E-170” təyyarəsi alıb. Bu təyyarələr də 2013-cü ilin sonunda istismara veriləcək.

 

Qeyd edək ki, Embraer dünyanın ən böyük üçüncü təyyarə istehsal edən şirkəti sayılır. “E-Jet” təyyarəsi ilk dəfə 1999-cu ildə Le Burjdakı aviasalonda nümayişə çıxarılıb. Onun seriya şəklində istehsalına 2002-ci ildən başlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR