Bank Of Baku

“Azərpoçt”un əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti pulsuz olub

“Azərpoçt”un əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti pulsuz olub
# 21 may 2018 15:43 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  “Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti müştərilərə pulsuz təklif olunur.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarının sahibləri artıq aparılan bütün əməliyyatlardan qısa zamanda xəbər tutacaqlar.  Belə ki, kart sahibləri aparılan bütün əməliyyatlar - kart hesabı üzrə mədaxil və məxaric əməliyyatları, hesabın qalığı  haqqında dərhal xəbərdarlıq SMS-i alacaqlar.

 

Əməkhaqqı kartının sahibi “Azərpoçt” MMC-yə məxsus istənilən ATM-ə yaxınlaşaraq, xidmətlər bölməsindən “sms xəbərdarlıq” xidmətini aktivləşdirə bilər.

 

Qeyd edək ki, “Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kart sahiblərinin bu günə olan sayı 22 min 305 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR