Bank Of Baku

“AzərsuCİS” layihəsi “Bentley Beynəlxalq Layihə Müsabiqəsi”ndə birinci yeri tutub

“AzərsuCİS” layihəsi “Bentley Beynəlxalq Layihə Müsabiqəsi”ndə birinci yeri tutub
# 20 noyabr 2012 11:33 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda “Azərsu” ASC-nin “Yeraltı infrastrukturunun idarə olunması - AzərsuCİS” layihəsinin “Bentley Beynəlxalq Layihə Müsabiqəsi”ndə birinci yeri tutması ilə əlaqədar tədbir keçirilib.

 

APA-Economics”in məlumatına görə, ASC sədrinin birinci müavini Teyyub Cabbarov və İKT departamentinin rəisi Samir Qənilinin keçirdiyi tədbirdə bəyan edilib ki, “İçməli su, çirkab su və yağış sularının idarə olunmasında yeniliklər” müsabiqəsində 270 şirkət iştirak edib, sonuncu mərhələyə isə “Azərsu” ilə yanaşı, ABŞ-ın “Gannet Fleming İnc.” və “NJS Engineers İndia Pvt.” şirkətləri seçilib.

 

T.Cabbarov bəyan edib ki, “AzersuCİS” layihəsi çərçivəsində coğrafi informasiya sistemi qurulur və müsabiqədən sonra bu layihəyə xarici şirkətlər tərəfindən böyük maraq göstərilib. Layihə barədə daha ətraflı məlumat verən S.Qənili bildirib ki, layihə Azərbaycanda içməli su və çirkab suları, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir. Beləliklə, layihə çərçivəsində su infrastrukturu xəritəsi qurulur və intellektual idarə sistemi yaradılır. Üç il müddətinə nəzərdə tutulan layihənin icrasına bu ilin fevralında başlanılıb. Bu günə kimi proqram təminatın alınması, qoşulması, köhnə xəritələrin elektron şəklində yaradılması, kadr hazırlığı işləri həyata keçirilib. Bundan sonra bilavasitə xəritənin yaradılması, məlumatların yüksəlməsi və idarəetmə sisteminin qurulması nəzərdə tutulur. O cümlədən su xətləri, nasos stansiyaları və digər infrastruktur obyektləri ilə yanaşı, əvvəl Bakıda, sonra isə bütün ölkədə hər binanın xəritədə qeydiyyata salınması planlaşdırılır. Ümumilikdə layihənin mahiyyəti barədə danışan S.Qənili bildirib ki, mərkəzdən idarə edilən yeni sistem layihələndirmə işlərində, su təchizatı və kanalizasiya sistemlərinin vəziyyətini dəqiqləşdirmək, qəzalarını tez bir zamanda aradan qaldırmaq, müxtəlif qazıntı işləri zamanı koordinasiya edilməsində də kömək edəcək, çünki yaradılan xəritə bütün aidiyyəti dövlət qurumlara təqdim ediləcək. Həmçinin bildirib ki, yeni sistem yağış zamanı Bakının bəzi küçələrində suyun qalmasının aradan qaldırılması işlərində də kömək edəcək. Xüsusən qeyd edilib ki, hazırda ölkədə çəkilən bütün su və kanalizasiya xətləri artıq yeni interaktiv xəritəyə daxil edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR