Bakı - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) “Halal” qida standartlarının tətbiqi ilə bağlı təlimlərə start verib.
Komitənin mətbuat xidmətidən “APA-Economics”ə verilən məlumata görə, müəssisələr üçün keçiriləcək ilk təlimlər cari ilin 17-19 aprel tarixlərində Bakı şəhərində planlaşdırılıb.
Təlimlərə Türkiyənin Səlcuq Universitetinin Qida mühəndisliyi bölməsinin ət məhsulları üzrə təcrübəli mütəxəssisi prof. Dok. Mustafa Karakaya dəvət edilib. Əsas mövzu Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş AZS 731-2012 ( OİC\SMİİC1:2011) “Halal qida. Ümumi tələblər” və AZS 372-2012 “Halal” ət məhsulları. İstehsalı, daşınması, saxlanılması və satışı üzrə ümumi tələblər” dövlət standartlarının tələblərinin öyrənilməsi və müəssisələrdə tətbiqi ilə bağlıdır.