Bank Of Baku

“Holcim (Azərbaycan)” əməkdaşlarına beynəlxalq karyera imkanları yaradır

“Holcim (Azərbaycan)” əməkdaşlarına beynəlxalq karyera imkanları yaradır
# 16 aprel 2013 07:46 (UTC +04:00)

Bakı - APA-Economics. “Holcim” şirkəti işçilərin inkişaf proqramını davamlı şəkildə həyata keçirməklə professional karyeranı qlobal şəbəkədə davam etdirməyə geniş şərait yaradır.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, son bir neçə ildə səhmdar cəmiyyətin 10-a yaxın əməkdaşının İsveçrə, Slovakiya, Bolqarıstan və Rusiya kimi regional və baş ofisə təyinatı bunun bariz sübutudur. İşçilərin peşəkarlığının yüksək dəyərləndirməsi və beynəlxalq karyera qurmağa bu təyinatlar nəinki şirkət daxilində professional kadrların inkişafı, eyni zamanda ölkənin qlobal biznes sahəsində tanınması deməkdir.

 

Dünyanın 70 ölkəsində fəaliyyət göstərən “Holcim” ən böyük tikinti materialları istehsal edən şirkətlər qrupudur. Təcrübə göstərir ki, yerli işçilərin qlobal şəbəkəyə inteqrasiyası və beynəlxalq mühitdə çalışaraq dünyanın bir çox ölkəsindən olan nümayəndələri ilə daim təmasda olması geniş imkanlar yaradır. Bu, bilik mübadiləsinin və qabaqcıl təcrübələrin ölkədə tətbiq olunmasında mühüm rol oynayır.

 

“Holcim (Azərbaycan)” öz dəyərlərinə sadiq qalara, işçilərin inkişafına şərait yaratmaqla ən cəlbedici işə götürən şirkət olmaqdadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR