Bank Of Baku

“Sazz 4G” əhatə dairəsini genişləndirir

“Sazz 4G” əhatə dairəsini genişləndirir
# 25 iyun 2014 13:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Sazz 4G” internet provayderi rabitə kanallarını genişləndirmə işlərini davam etdirir. Bu həftə Abşeron rayonunun Fatmayı qəsəbəsi də provayderin əhatə dairəsinə daxil edilib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bağ mövsümünü nəzərə alaraq, “Sazz İnternet” Abşeron yarımadasının əksər qəsəbələrində əhatə dairəsini genişləndirmə siyasətini uğurla davam etdirir. “Sazz” internet xidmətlərindən Suraxanı, Yeni Suraxanı, Mərdəkan,  Şağan, Şüvəlan, Pirşağı, Qala, Buzovna, Bilgəh, Hövsan, Novxanı, Goradil,  Sahil, Saray, Zabrat, Zığ, Zuğulba, Maştağa, Fatmayı, Binə qəsəbələrində də istifadə etmək olar.

 

Hazırda Bakı və Abşerondan başqa provayder Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Qax, Zaqatala, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz şəhərlərində xidmət göstərir.  Yaxın günlərdə “Sazz” internetə Lənkəran, Masallı, Lerik, Astara şəhərlərində də qoşulmaq mümkün olacaq.

 

”Sazz” internet abunəçilərə şəbəkənin istənilən əhatə zonasında İnternetə 10 Mbts-ə qədər yüksəksürətli simsiz çıxışı təqdim edir. “Sazz” internetin xidmətləri, eləcə də yay kampaniyası haqqında  geniş məlumatları "www.sazz.az" saytından, “Sazz 4G” internet “Facebook” səhifəsindən, 191 nömrəli “qaynar xətt”dən, habelə həftənin bütün günləri işləyən istənilən “Sazz 4G” satış nöqtəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR