Bank Of Baku

“Təmiz Şəhər” ASC: Balaxanı poliqonunda ekoloji vəziyyət xeyli yaxşılaşıb

“Təmiz Şəhər” ASC: Balaxanı poliqonunda ekoloji vəziyyət xeyli yaxşılaşıb
# 21 noyabr 2012 08:31 (UTC +04:00)

 

 

Bakı – APA-Economics. Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu “Təmiz Şəhər” ASC-yə təhvil verildiyi ilk gündən etibarən poliqon ərazisində bərpa və yenidənqurma işləri ilə yanaşı, ətraf mühitin vəziyyəti öyrənilir, ekoloji monitorinqlər aparılır.

ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 2012-ci ilin 3-cü rübündə aparılmış monitorinqlər nəticəsində Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda ətraf mühitə təsir parametrlərində müsbət dinamika müşahidə edilib. Belə ki, su və səth torpaq örtüyündə ağır metalların, havada kimyəvi birləşmələrin miqdarının azalması müşahidə olunub.

Ətraf mühitin monitorinqi göstərir ki, havada PM10 tozlarının miqdarı aşağı düşüb, ağır metalların miqdarında da xeyli azalma müşahidə olunub. HF (Hidrogen-flüorid), HCl (Hidrogen-xlorid), SO2 (Kükürd dioksidi) və CO (Dəm qazı) qazlarının isə yol verilən qatılıq həddində olduğu müəyyənləşdirilib. Ümumilikdə poliqon ərazisində havanın tərkibindəki zərərli elementlərin miqdarında xeyli azalma müşahidə olunub.

Əvvəllər su nümunələrində bəzi elementlərin miqdarı çox olsa da, görülmüş işlər nəticəsində bu elementlərin miqdarı yol verilən həddə çatdırılıb. Su nümunələrinin əvvəlki illərlə müqayisəli analizi ağır metalların suda miqdarının yol verilən həddə olduğunu göstərir.

Torpaqda ağır metalların azalması uzun sürən prosesdir. Buna baxmayaraq, poliqonda aparılan məqsədyönlü işlər nəticəsində ağır metalların miqdarında azalma tendensiyası müşahidə olunub.

Qeyd edək ki, ekoloji monitorinqin nəticələri ictimaiyyətə açıqdır və bununla bağlı ətraflı məlumatı Səhmdar Cəmiyyətin ofisində fəaliyyət göstərən tullantıların idarə edilməsi üzrə Məlumat və Resurs Mərkəzindən əldə etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR