Bakı. Könül Cəfərli - APA. Türkiyənin “Türkcell” şirkəti İrandan Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) şikayət edib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, 2004-cü ildə Cənub Afrikanın MTN şirkəti İranda keçirilən GSM operatoru tenderində “Turkcell” şirkəti ilə girdiyi rəqabəti qazanaraq “İrancell”in ortağı olub. “Turkcell” isə MTN-in hərəkətlərinə görə zərərə uğradığını əsas gətirərək, şirkət əleyhinə iddia qaldıraraq 4,2 mlrd. dollar təzminat tələb edib.
“Turkcell” MTN şirkətini tenderi qazanmaq üçün rüşvət vermək və ticarət qanunlarını pozmaqla günahlandırıb. Bu səbəbdən Türkiyə şirkəti İran və MTN-dən ITU-ya şikayət edib.