Bank Of Baku

«Aerosvit»in üzləşdiyi maliyyə çətinlikləri Kiyev-Bakı aviareysinə də təsir edib

«Aerosvit»in üzləşdiyi maliyyə çətinlikləri Kiyev-Bakı aviareysinə də təsir edib
# 10 yanvar 2013 07:11 (UTC +04:00)

 Ləğv olunan aviareyslər sırasında Kiyev-Bakı reysi də var.

 

«APA-Economics»in məlumatına görə, yanvarın 9-da Kiyevdən İrəvana və Praqadan Kiyevə aviareyslər yerinə yetirilməyib. Eyni zamanda, Kiyevdən Varşava, Afina, Buxarest, Simferopol, Minsk, Donetsk, Odessa, Bakı, həmçinin aviaşirkətin Afina, Buxarest, Simferopol, Minsk, Donetsk, Odessa və Bakıdan Kiyevə aviareysləri təxirə salınıb.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, «Aerosvit» sözügedən marşrut üzrə uçuşları hər həftənin II, III, V və VII günləri yerinə yetirir: «Yanvarın 8-də Kiyevdən Bakıya təyyarə 06:15-də enib və saat 07:30-da əks istiqamətdə havaya qalxıb. Yanvarın 9-da isə «Aerosvit»in 421 saylı Kiyev-Bakı aviareysi yerinə yetirilməyib. Təyyarə cədvəl üzrə saat 17:55-də Bakıda enməli və saat 19:05-də əks istiqamətdə havaya qalxmalı idi. Bu səbəbdən 422 saylı Bakı-Kiyev aviareysi də həyata keçirilməyib».

 

Qeyd edək ki, «Aerosvit» şirkəti Kiyev Təsərrüfat Məhkəməsinə iflas barədə müraciət təqdim edib. Məhkəmənin qərarında göstərilir ki, şirkətin 27 dekabr 2012-ci ilə qədər olan borcu 4,270 mlrd. qrivna (537,5 mln. ABŞ dolları), aktivlərinin balans dəyəri isə 1,467 mlrd. qrivna (184,6 mln. dollar) təşkil edir. Dekabrın 29-da sözügedən məhkəmə aviaşirkətin iflas olması barədə işin başlanmasına dair qərar qəbul edib. Bu addımla aviaşirkət öz vəziyyətini yaxşılaşdırmaq niyyətindədir. Hazırda «Aerosvit»in bir çox ölkələrdə aviareysləri ləğv olunur ki, hava limanlarında yüzlərlə sərnişin ləngiyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR