Bakı. Nicat Mustafayev – APA-Economics. Fransanın ən iri aviaşirkəti olan «Air France» aviabiletlərin 49 avrodan realizəsinə başlayıb.
«APA-Economics»in məlumatına görə, aviaşirkət bu addımı rentabelliyi əvvəlki səviyyəyə çatdırmaq məqsədilə atıb və hazırda «Air France» kiçik büdcəli aviaşirkətlərlə birbaşa rəqabət aparır. «Air France»ın sözügedən təklifləri Fransanın daxili və Avropa şəhərlərinə olan 58 istiqamət üzrə aviareyslərə şamil olunur.
Endirim kampaniyasına baxmayaraq, «Air France» aviabiletlərin bu qiymətə olması səbəbindən bir sıra xidmətləri ixtisar edib. Bura yer seçimi və yükün keçirilməsi kimi xidmətlər daxildir.