Bank Of Baku

«Azerfon» şirkətinə yeni baş direktor təyin olunub - FOTO

«Azerfon» şirkətinə yeni baş direktor təyin olunub - <span style="color: red;">FOTO
# 14 yanvar 2013 12:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkətinə («Nar Mobile» ticarət nişanı) yeni baş direktor təyin olunub.

 

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə Kent Maknili (Kent McNeley) təyin edilib. O, «Azertelecom» şirkətinin baş direktoru vəzifəsinə təyinat almış Yurgen Pitsi əvəz edib: «K.Maknili dünyanın ən böyük rəqabətə malik olan bazarlarında iri telekommunikasiya şirkətlərinin idarə edilməsi sahəsində geniş təcrübəyə malikdir. O, idarəetmə, marketinq və mühəndislik sahələrində müstəsna xidmət siyahısına malik olan, yüksək səviyyəli menecerdir. K.Maknili özünün uzaqgörənliyi, liderliyi və maliyyə sahəsində fərasətinə görə tanınır. O, 4 qitədə, müxtəlif şirkətlərdə bir sıra yüksək vəzifələr tutmuş  və «VimpelCom» («Beeline» şirkətinin brendi), «Eastman Kodak», «Citibank» və s. kimi şirkətlərin fəaliyyətinə öz töhfəsini verib. K.Maknili olduqca qısa bir zamanda öz biznesini və gəlirini artırmış bir sıra kampaniyalar üçün cavabdeh olub».

 

«Mən ölkədə ən sürətlə inkişaf edən mobil operator olan «Nar Mobile»a qoşulduğum üçün xoşbəxtəm. Biz, məhsullarımızın və xidmətlərimizin keyfiyyətinin yaxşılaşdırılması və məqbul qiymətlərin saxlanılması üzərində işi davam etdirəcəyik. Biz həmçinin qüvvəmizi, mobil internetin inkişafında yer alan yeni və əhəmiyyətli imkanların axtarışında cəmləşdirəcəyik», - deyə öz yeni təyinatını şərh edən K.Maknili bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR