Bank Of Baku

«Azerspace-1» peykinin idarəetməsi Azərbaycan tərəfinə təhvil verilib

«Azerspace-1» peykinin idarəetməsi Azərbaycan tərəfinə təhvil verilib
# 03 aprel 2013 12:55 (UTC +04:00)

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan mütəxəssislərinə təhvilvermə əməliyyatları mart ayının 15-dən başlayıb və aprelin 2-də başa çatıb.

 

Peyk kommersiya fəaliyyətinə başlamaq üçün artıq tam hazır vəziyyətdədir.


Hazırda «Azərkosmos»un mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən peyki idarə edirlər və lazımi əməliyyatlar aparırlar. Peyk həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənilə bilir.

 

Qeyd edək ki, fevralın 8-də orbitə buraxılan «Azerspace-1» peykinin günəş panelləri və reflektorları planlaşdırıldığı kimi fevralın 15-də açılıb, fevralın 19-da isə peyk 46 dərəcə Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR