Bank Of Baku

«Azərsu» ASC su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün dövlət ehtiyacları üçün müvafiq əraziləri alan orqan müəyyən edilib

«Azərsu» ASC su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün dövlət ehtiyacları üçün müvafiq əraziləri alan orqan müəyyən edilib
# 18 dekabr 2012 11:00 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» qərar qəbul edib. APA-nın xəbərinə görə, Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Lənkəran, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Biləsuvar, Quba, Şəmkir, İmişli, Qusar, Xaçmaz, Xızı, Qobustan, Bərdə, Yevlax, Salyan, Neftçala, Qəbələ, Şamaxı, Şəki, Göyçay, Ağdaş, Ağcabədi, Qazax, Qax, Balakən, Beyləqan, Saatlı, Sabirabad, Daşkəsən, Gədəbəy, Samux, Tərtər, Astara rayonlarında və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə tikili və qurğuların inşa ediləcəyi əraziləri dövlət ehtiyacları üçün alan orqan «Azərsu» ASC müəyyən edilib.

 

Qərarla «Azərsu» ASC-yə tapşırılıb ki, qərarda nəzərdə tutulan şəhər və rayonlarda torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR