Bank Of Baku

«Azərsu» əməkdaşları İstanbulda təlim keçib - FOTO

«Azərsu» əməkdaşları İstanbulda təlim keçib - <span style="color: red;">FOTO
# 22 yanvar 2013 14:54 (UTC +04:00)

Bakı – APA-Economics. “Azərsu” ASC-də kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində həyata keçirilmiş daha bir layihə yekunlaşıb.

 

“Azərsu” ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlığı çərçivəsində İstanbul şəhərində SC-nin 80 mütəxəssisi təlim keçib. Yanvarın 22-də “Azərsu” ASC-də təlim iştirakçılarına sertifikatlar verilib.

 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkədə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək işlərin keyfiyyətli icrasını təmin etmək məqsədi ilə yeni texnologiyalardan və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə olunduğunu qeyd edib. Gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının yüksəldilməsi üçün işlərə toxunan  “Azərsu” ASC-nin sədri ötən il 477 əməkdaşın müxtəlif sahələr üzrə təlim-tədris proseslərinə cəlb olunduğunu bildirib: «Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlıq çərçivəsində İstanbul şəhər Sukanal İdarəsində keçirilmiş təlimlərdə kimyaçılar, bioloq, mexanik, inşaatçı, energetik, layihəçi, hidrotexnik, metroloq, hidrogeoloq və ekoloqlar iştirak edib».

 

Tədbirdə iştirak edən Türkiyə Su İnstitutunun sədri Ahmet Saatçı təlimlərdə iştirak etmiş azərbaycanlı mütəxəssislərin bilik və təcrübə səviyyəsindən razı qaldığını bildirərək qeyd edib ki, tədris prosesində əldə olunan uğurlar onların peşəkar kadr kimi formalaşmasına müsbət təsir göstərəcək.

 

Türkiyənin “TeknoYapı” şirkətinin idarə heyətinin üzvü Həsən Sarıkaya təlimlərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlardan istifadə olunduğunu bildirib. Tədbirdə təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR