Bank Of Baku

«Azərsu» və «Budapeşt Sukanal» şirkətləri arasında müqavilə imzalanıb - FOTO

«Azərsu» və «Budapeşt Sukanal» şirkətləri arasında müqavilə imzalanıb - <span style="color: red;">FOTO
# 10 aprel 2013 14:47 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda «Azərsu» ASC ilə Macarıstanın «Budapeşt Sukanal» SC («Waterworks of Budapest Plc.») arasında əməkdaşlığa dair saziş imzalanıb.

 

«APA-Economics»in məlumatına görə, imzalanma mərasimində Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verən «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini, layihələrin icrasında ən yeni texnologiyalardan istifadə edildiyini bildirib. O qeyd edib ki, bu sahədə böyük təcrübəsi olan «Budapeşt Sukanal» ilə əməkdaşlığın geniş perspektivləri var: «Bu əməkdaşlıq çərçivəsində bir müddət əvvəl «Azərsu»nun mütəxəssisləri Macarıstana ezam edilib və  «Budapeşt Sukanal» Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olublar».

 

«Budapeşt Sukanal» SC-nin baş direktoru Ksaba Harangi (Csaba Haranghy) Azərbaycanda infrastruktur sistemlərinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini qeyd edərək içməli su təchizatı və kanalizasiya sektorunda yeni layihələrin icrasını yüksək qiymətləndirib: «Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirik. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsinə əsaslanaraq əməkdaşlığın geniş perspektivləri olduğunu demək mümkündür. Bizim idarəetmə sistemlərinin yaradılması, müasir tipli su anbarlarının tikintisi sahəsində böyük təcrübəmiz var».

 

İki qurum arasında əməkdaşlıq barədə sazişi «Azərsu» ASC-nin sədri Q.Hüseynov və  «Budapeşt Sukanal» SC-nin baş direktoru K.Harangy imzalayıblar.

 

Qeyd edək ki, «Waterworks of Budapest Plc.» şirkəti aprelin 11-13-də Bakıda keçiriləcək beynəlxalq su texnologiyaları sərgisinin iştirakçısıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR