Bank Of Baku

«Aztelekom»un yeni tədbirlər proqramının icrasına başlanılıb

«Aztelekom»un yeni tədbirlər proqramının icrasına başlanılıb
# 16 mart 2013 08:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi 2013-cü ilin «İKT ili» elan edilməsi ilə əlaqədar geniş proqram hazırlayıb və artıq sözügedən proqram çərçivəsində müvafiq işlərin həyata keçirilməsinə başlanılıb.


«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, 2013-2015-ci illəri əhatə edən «Aztelekom» İstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi çərçivəsində 300 min nömrənin rekonstruksiyası şərti ilə 600 min ən yeni texnologiyaya əsaslanan platformaları dəstəkləyən nömrənin, 500 mindən artıq genişzolaqlı internet xəttinin istifadəyə verilməsi nəzərdə tutulur.

 

Artıq layihə çərçivəsində şimal bölgəsində – Quba, Xaçmaz və Qusar Telekommunikasiya qovşaqlarında görüləcək işlər ictimaiyyətə təqdim olunub.


Layihə üzrə Qubanın 80 kəndində 11 872 nömrə abunə tutumlu və 7 992 ADSL portlu yeni elektron ATS-lərin (EATS), Xaçmazın 79 kəndində 11 264 nömrə tutumlu və 7 248 ADSL portlu yeni EATS-lərin tikintisi və Qusarın 52 kəndində 5 392 nömrə tutumlu və 3 600 ADSL portlu yeni EATS-lərin tikintisi nəzərdə tutulub.


«Aztelekom»un xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi çərçivəsində alternativ Şamaxı-Quba fiber-optik magistral kabel xəttinin çəkilişi, «Aztelekom.net» internet şəbəkəsinin genişləndirilməsi, Quba mərkəzi S-12 TOLL (şəhərlərarası) stansiyalarının və Qusar və Xaçmaz TKQ-lərin mərkəzi EATS-nin NGN texnologiyası əsasında yenidən qurulması, daxili xətt şəbəkəsində optik kabelin abunəçilərə yaxınlaşdırılması texnologiyasının (ONU) tətbiqi (mərkəzi stansiya-magistral paylayıcı şkaf arası), mövcud və layihələndirilən kənd EATS-də əlavə olaraq eyni zamanda səs, data və videoxidmətləri göstərməyə imkan verən «Multi-servise and Accsess Node» (MSAN) avadanlığının quraşdırılması, layihələndirilən kənd EATS binalarının tikilməsi, layihələndirilən kənd EATS-nə birləşdirici optik kabelin çəkilməsi və daxili xətt şəbəkəsinin tikintisi, genişzolaqlı xidmətlərin tətbiqi ilə əlaqədar texniki parametrləri normada olmayan son mil abunəçi xətlərinin (S-1, S-2, P-274 və s.) dəyişdirilməsi reallaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR