«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, artıq «Bakcell» şirkəti 4G xidmətlərinin göstərilməsinə hazırdır və yaxın gələcəkdə şirkətə bu xidmətin göstərilməsi üçün müvafiq lisenziyanın verilməsi gözlənilir: «Sadəcə müəyyən texniki məsələlər qalıb ki, bunlar da qısa zaman ərzində öz həllini tapacaq. Ümid edirəm ki, gələn ildən etibarən «Bakcell» şirkəti 4G xidmətlərinin tətbiqinə başlayacaq».
Qeyd edək ki, hazırda Azərbaycandakı mobil rabitə operatorları arasında 4G xidmətini Bakının bəzi yerlərində yalnız «Azercell Telekom» şirkəti göstərir.