Bank Of Baku

«Bakı Telefon Rabitəsi»nin transmissiya şəbəkəsinin rəqəmləşdirilməsi başa çatdırılıb

«Bakı Telefon Rabitəsi»nin transmissiya şəbəkəsinin rəqəmləşdirilməsi başa çatdırılıb
# 07 yanvar 2013 09:11 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı»na (Elektron Azərbaycan) uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin (BTRİB) transmissiya şəbəkəsinin rəqəmləşdirilməsi tam başa çatdırılıb. «APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, yeni nəsil telekommunikasiya texnologiyaları əsasında birliyin böyük tutumlu TDM tipli ATS-lərinin müasir xidmətlər göstərmə imkanları genişləndirilib, onlar İP transmissiya platformasına qoşulub, transmissiya şəbəkəsi optimal olaraq yenidən qurulub, giriş rabitə qovşaqları prinsipi ləğv edilərək şəbəkənin İP platforma üzərinə alternativ olaraq keçirilməsi təmin edilib.


Hazırda BTRİB-in nəzdində fəaliyyət göstərən «Bakinternet» internet provayderin platforması qlobal internet şəbəkəsinə irihəcmli kanalla qoşulub. Provayderin platformasının özü isə dünyanın ən qabaqcıl İT istehsalçılarının texnologiyaları əsasında rekonstruksiya olunaraq çox güclü provayder platforması kimi yenidən istismara verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR