Bank Of Baku

«Bresser Eurasia» şirkəti: «Bakının mərkəzində köçürülən binada yaşamaq üçün heç bir təhlükə olmayacaq»

«Bresser Eurasia» şirkəti: «Bakının mərkəzində köçürülən binada yaşamaq üçün heç bir təhlükə olmayacaq»
# 19 aprel 2013 14:27 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Memarlar İttifaqında keçirilən təqdimat mərasimində binan köçürülməsi ilə məşğul olan Hollandiyanın «Bresser Eurasia» şirkətinin nümayəndəsi Tako Bresser bildirib.

 

Onu sözlərinə görə, binanın köçürülməsi ilə bağlı hər hansı təhlükə ehtimalı olsaydı şirkət bu işə başlamazdı. T.Bresser bildirib ki, köçürülən binanın vəziyyəti daima ciddi nəzarət altındadır və ən müasir cihazlar vasitəsilə monitorinq aparılır. Belə ki, bu binanın vəziyyəti Fransadakı Eyfel qülləsi və Vaşinqtondakı Kapitoli binasının möhkəmliyinin yoxlandığı cihazla yoxlanılıb: «Hər şey nəzarət altındadır».

 

«Bresser Eurasia» şirkətinin sədri Leon Sveyxers də köçürülmə prosesi ilə əlaqədar olaraq binanı hər hansı təhlükə gözləmədiyini bildirib: «Bir neçə gün əvvəl dediyim kimi, bina normal şəkildə köçürüləcək, onun bünövrəsi daha möhkəm olacaq və insanlar da gəlib yaşaya biləcəklər. Bu binada yaşamaq üçün heç bir təhlükə olmayacaq».

 

Qeyd edək ki, bəzi məlumatlarda binanın guya köçürüləndən sonra qəzalı vəziyyətə düşəcəyi, burada yaşayış üçün təhlükəli vəziyyət yaranacağı bildirilirdi. Şirkət rəhbərliyi isə qəti surətdə belə təhlükənin olmayacağını bildirir.

 

Şirkət sədrinin sözlərinə görə, gələn həftə bina artıq yeni yerində olacaq: «Bina yerində möhkəm dayanacaq və insanlar ona maraqlı bir eksponat kimi baxa da bilərlər. Bu, Azərbaycan üçün çox yaxşı bir göstəricidir».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR