Bank Of Baku

«British Airways» endirim kampaniyası keçirir

«British Airways» endirim kampaniyası keçirir
# 19 mart 2013 09:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «British Airways» aviaşirkəti Novruz bayramı ilə əlaqədar Bakıdan Avropa ölkələri, ABŞ və Kanadaya xüsusi tarifini tətbiq edib.

 

Aviaşirkətdən «APA-Economics»ə verilən məlumata görə, sinfindən asılı olmayaraq, endirimli biletləri martın 21-dən 24-dək əldə etmək mümkündür. Biletlər 2013-cü ilin iyulun 31-dək etibarlıdır.

 

«British Airways»ın xüsusi Novruz tarifi çərçivəsində müştərilər Azərbaycandan Böyük Britaniya və Avropaya 470 avrodan başlayaraq «World Traveller» sinifli aviabiletlərlə, 1 422 avrodan başlayaraq isə «World Club» sinifli aviabiletlərlə səyahət edə bilərlər. Şimali Amerika istiqamətində isə biletlərin qiyməti müvafiq olaraq 770 avro və 2 967 avro təşkil edir.

 

Qeyd edək ki, sözügedən qiymətlərə müddət və şərtlər əlavə olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR