Bank Of Baku

«British Airways» uçuş qiymətlərini endirib

«British Airways» uçuş qiymətlərini endirib
# 10 aprel 2013 13:42 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. «British Airways» aviaşirkəti Azərbaycan turistləri üçün xüsusi yay endirimləri tətbiq edib. «APA-Economics»in məlumatına görə, bu qiymətlərlə turistlər Böyük Britaniya, ABŞ və Kanada istiqamətləri üzrə səfər edə bilərlər.

 

Xüsusi qiymətlərdən faydalanmaq üçün, biletləri aprelin 30-dək bronlaşdırmaq lazımdır. Güzəştli tariflər bu ilin oktyabrın 31-dək olan səfərlərə şamil edilir.

 

Endirimi nəzərə alanda Bakıdan Böyük Britaniya və Avropaya «World Traveller» sinifli aviabiletlərin qiyməti 465 avrodan, «Club World» sinifli aviabiletlərin qiyməti isə 1 652 avrodan başlayır. Şimali Amerika istiqamətində «World Traveller» sinifli aviabiletlərin qiyməti 775 avro, «Club World» sinifli aviabiletlərin qiyməti 3 215, «First» sinifli aviabiletlərin qiyməti isə 8 685 avrodan başlayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR