Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il dünyanın ən nəhəng şirkətlərindən biri olan «Google»un xalis mənfəəti 2011-ci ilə nisbətən 10% artaraq 10,740 mlrd. ABŞ dollarına çatıb.
«APA-Economics»in məlumatına görə, hesabat ilində şirkətin ümumi gəlirləri 50,170 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 32% çoxdur. Şirkətin reklam gəlirləri isə il ərzində 20% artaraq 43,690 mlrd. dollara çatıb.
Eyni zamanda, 2012-ci ildə «Google»un bir səhmin payına düşən mənfəətinin məbləği isə 2011-ci ilə nisbətən təxminən 7% artaraq 32,3 dollar təşkil edib.