Bank Of Baku

«Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı» mövzusunda seminar keçirilib

«Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı» mövzusunda  seminar keçirilib
# 19 aprel 2013 09:50 (UTC +04:00)

Bakı - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsində «Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı» mövzusunda seminar keçirilib.

 

Komitədən «APA-Economics»ə verilən məlumata görə, seminarda Heydər Əliyevin rəhbərliyi ilə müasir dövrdə bələdiyyə, dövlət və xüsusi mülkiyyət növlərinin qarşılıqlı fəaliyyəti, əmlak münasibətlərinin inkişafı, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi və əmlak hüquqlarının səmərəli təminatı sahəsində qəbul edilən qərarlar, hüquqi və institusional mexanizmlər, həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb.

 

Tədbirdə “Heydər Əliyev və daşınmaz əmlakın dövlət qeydiyyatı sistemi”, “Heydər Əliyev və idarəçilik”, “Əmlak hüquqlarının səmərəli təminatı sahəsində qəbul edilən qərarlar, hüquqi və institusional mexanizmlər” və s. mövzularda çıxışlar dinlənilib. Qeyd edilib ki, Heydər Əliyevin rəhbərliyi ilə ölkənin digər əhəmiyyətli sahələri kimi, daşınmaz əmlak sahəsində də vəziyyətin müsbətə doğru dəyişərək mühüm yeniliklərə start verilib, özəlləşdirmə, mülkiyyət münasibətlərinin tənzimlənməsi sahəsində real imkanlara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan mühüm dövlət tədbirləri görülüb.

 

Seminarda bildirilib ki, dövlət quruculuğu prosesində digər sahələr kimi, mülkiyyət münasibətlərinin tənzimlənməsində də bir sıra tarixi qərarlar qəbul edilib. Belə ki, 26 yanvar 1993-cü ildə qəbul olunmuş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanun təkmilləşdirilib, mənzil fondunun özəlləşdirilməsi üzrə müəyyən edilmiş hüquqi mexanizmlər sadələşdirilərək vətəndaşların maraqlarına uyğunlaşdırılıb. Heydər Əliyevin birbaşa müəllifliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi əsasında qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasında da mülkiyyət hüquqları ilə bağlı son dərəcə demokratik müddəalar təsbit olunub. Vətəndaşların başqa hüquq və azadlıqları kimi, mülkiyyət hüquqlarının da etibarlı qaydada qorunması dövlətin müəyyən etdiyi əsas məqsədlərdən biri olub.

 

Tədbirdə vurğulanıb ki, 1996-cı ildən etibarən MDB məkanında ilk dəfə olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilməsi prosesi məhz Azərbaycanda başlanıb. Azərbaycanda həyata keçirilən özəlləşdirilmə, torpaq islahatları kimi geniş miqyaslı islahatlar nəticəsində mənzil fondu və torpaq sahələri də daxil olmaqla yüz minlərlə dövlət əmlakı xüsusi mülkiyyətə verilib: «Son bir neçə ildə görülmüş işlərin nəticəsidir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının  dərc etdiyi "Doing Business-2013" hesabatına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində Azərbaycan ən yaxşı vəziyyətin olduğu on ölkə sırasındadır. Bu göstərici üzrə 183 ölkə arasında 9-cu yerdədir».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR