Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında «İpək yolu» nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 51,9 mln. ton və ya 5,6% çox yük, 237,7 mln. nəfər və ya 7,9% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 44,1%-i avtomobil, 37,7%-i dəmir yolu, 18,2%-i dəniz nəqliyyatının payına düşüb, daşımaların həcmi avtomobil nəqliyyatında 7,2%, dəmir yolu nəqliyyatında 6,3%, dəniz nəqliyyatında 0,6% artımla qeydə alınıb: «Yük daşımaları fəaliyyətindən 392,4 mln. manat, sərnişin daşınmasından isə 74,8 mln. manat gəlir əldə olunub və müvafiq olaraq 17,5% və 9,8% artıb».