Bank Of Baku

«Lada Granta» avtomobillərində problemlər aşkarlanıb - FOTO

«Lada Granta» avtomobillərində problemlər aşkarlanıb - <span style="color: red;">FOTO
# 29 dekabr 2012 08:21 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «AvtoVAZ» şirkəti 45 348 ədəd «Lada Granta» avtomobilini geri çağırıb. «APA-Economics»in xəbərinə görə, bu barədə «AvtoVAZ»ın yaydığı rəsmi məlumatda bildirilir.

 

Geriçağırmanın səbəbi servis kampaniyası ilə bağlıdır. Belə ki, sözügedən modeldə təhlükəsizlik yastıqlarının idarəetmə sistemi blokunun proqramının yenidən yazılması təmin olunmalıdır. Əks halda sözügedən sistem sıradan çıxa bilər. Artıq «AvtoVAZ» öz dilerlərinə də bu barədə xəbərdarlıq edib ki, onlar öz növbəsində satılmış «Granta» avtomobillərində üzə çıxmış problemlə bağlı müştərilərinə pulsuz servis göstərsinlər.

 

«AvtoVAZ» şirkəti «Lada Granta» avtomobillərinin sahiblərini dilerlərdən xəbərdarlıq gözləmədən servis mərkəzinə gəlmələrini tövsiyə edib ki, operativlik təmin olunsun.

 

Qeyd edək ki, geriçağırma aksiyası 2012-ci ilin mayın 27-dən sentyabrın 30-dək istehsal olunan «Granta»nın «Standart» komplektasiyasına (21906 modeli) və «Norma» kompektasiyasına (21900, 21901 və 21902 modelləri) şamil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR