Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) Data Kart və mobil telefon vasitəsi ilə internetdən istifadə edən abunəçilər üçün 3 yeni internet trafik paketini təqdim edib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, belə ki, Data Kart istifadəçilərinə planşet, noutbuk və mobil telefon vasitəsilə internetə daxil olmaq üçün «Standart», «Limitsiz» və «Turbo» trafik paketləri təklif olunur.
Data Kart istifadəçiləri üçün «Standart» trafik üzrə 1 MB 10 qəpiyə, bir aylıq «Limitsiz» trafik 20 manata, «Turbo» trafik üzrə 1 GB 4 manata, 5 GB 8 manata, 10 GB 12 manata, 20 GB 20 manata təklif olunur.
Mobil telefon vasitəsi ilə internetə daxil olan abunəçilər üçün «Standart» trafik üzrə 1 MB 20 qəpiyə, bir aylıq «Limitsiz» trafik 20 manata, «Turbo» trafki üzrə 100 MB 1 manata, 250 MB 2 manata, 500 MB 3 manata, 1 000 MB 5 manata, 5 000 MB 12 manata təklif olunur.
Qeyd edək ki, internet paketlərindən istifadə müddəti 30 gündür.