Bank Of Baku

«Nar Mobile» yeni tarif paketini təqdim edib

«Nar Mobile» yeni tarif paketini təqdim edib
# 10 dekabr 2012 14:02 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçilərə yeni tarif paketini təqdim edib.

 

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Nar Mobile»ın təklif etdiyi «Bumeranq» tarifi çərçivəsində abunəçilər ölkədaxili bütün istiqamətlərə abunə haqqı ödəmədən 7 qəpiyə zəng edəcək.

 

«Bumeranq» tarifində gün ərzində danışdığın hər ölkədaxili 7 dəqiqə üçün 7 dəqiqə hədiyyə verilir. Hədiyyə kimi təqdim olunan dəqiqələr həmin gün ərzində ölkədaxili zənglər üçün sərf oluna bilər: «Ümumiyyətlə, bu tarifdə bütün xidmətlər üçün sərfəli qiymətlər təklif edilir».

 

«Bumeranq» tarifinə qoşulmaq üçün abunəçilər 2013 rəqəmini yazaraq 777 qısa nömrəsinə mesaj göndərməli və ya *777#2013#YES kodunu yığıb «Nar Mobile» Menyusu vasitəsilə daxil olub seçimlərini edə bilər. Eyni zamanda «Nar Mobile» İnternet Bələdçisi vasitəsilə və ya «Nar Dünyası» və «Nar» mərkəzlərinə yaxınlaşaraq bu tarif paketini aktiv etmək olar.

 

«Bumeranq» tarif paketi:

Xidmətlər

Qiymət (qəpiklə)

Ölkədaxili səsli zəngin* dəqiqəsi

7

Ölkədaxili video zəngin dəqiqəsi

7

Şəbəkədaxili SMS

3

Şəbəkəxarici SMS

4

Beynəlxalq SMS

4

Ölkədaxili MMS

5

Mobil TV (1 MB)

10

Data trafik (1 MB)

20

 *qısa nömrələrə zənglər istisna olmaqla

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR